Azərbaycanın da qatılacağı "Avroviziya"nın Rusiya variantı bu tarixdə keçiriləcək

Azərbaycanın da qatılacağı "Avroviziya"nın Rusiya variantı bu tarixdə keçiriləcək
372 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada "Avroviziya"nın ekvivalenti “İntervision” beynəlxalq müsabiqəsinin keçiriləcəyi tarix bəlli olub.

Axşam.az xəbər verir ki, bu barədə prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy məlumat yayıb. Yarışmanın 2025-ci ilin sentyabrında keçirilməsi planlaşdırılıb. Bildirilib ki, artıq 20-yə yaxın ölkə orada iştirak edəcəyini açıqlayıb.

Müsabiqə Moskvada keçiriləcək.

Qeyd edək ki, sözügedən yarışmada Azərbaycan da iştirak edəcək.