Mərhum Pop kralı Maykl Ceksonun böyük qardaşlarından biri Tito Cekson vəfat edib.
Axşam.az xəbər verir ki, Cekson ailəsində 10 uşağın üçüncüsü olan Tito 70 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Titonun infarkt keçirdiyi iddia olunub.
Qeyd edək ki, T.Cekson "The Jackson 5" qrupunun üzvlərindən biridir. O, uzun illər qardaşları ilə birlikdə çıxış edib. Daha sonra solo koryerasına başlayıb.
Tito iyulda Bakıya gəlmiş və "DreamFest"də səhnəyə çıxmışdı.
