İnsan alverində ittiham olunan Diddi həbs olundu

İnsan alverində ittiham olunan Diddi həbs olundu
329 dəfə oxunub
  • A-
  • A
  • A+

Reper Şon Diddi Kombs insan alveri ittihamı ilə həbs edilib.

Axşam.az xəbər verir ki, Diddi Manhettendə hoteldə saxlanılaraq FTB-nin qərargahına aparılıb.

O, cinsi təcavüz, qadın alverinə çağırış, qeyri-qanuni maddələr və odlu silahların yayılmasında ittiham olunur. Bu yaxınlarda musiqiçinin ABŞ-dəki evlərində axtarış aparılıb.

Qeyd edək ki, 2023-cü ilin noyabrından bəri Diddi barədə 6 cinsi təcavüz iddiası qaldırılıb. Hip-hop ifaçısı həmçinin insan alverində və qisas almaq üçün intim videolar dərc etməkdə şübhəli bilinir. Onun barəsində cinayət işi açılıb.