Puqaçova və Qalkinin əkizləri 11 yaşında - Fotolar

Puqaçova və Qalkinin əkizləri 11 yaşında - Fotolar
1374 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Alla Puqaçova və şoumen Maksim Qalkinin əkizləri Liza və Harrinin 11 yaşı tamam olub.

Axşam.az xəbər verir ki, bu münasibətlə Qalkin sosial media hesabında paylaşım edib. O, övladlarının yeni fotolarını yayımlayaraq "11" qısa şərhini yazıb.

Qeyd edək ki, Puqaçova və Qalkin övladları ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçüb. Bir müddət əvvəl onların İsraildən Kiprə köçdüyü ortaya çıxıb. Alla yenidən Rusiyaya qayıtsa da, cütlüyün Londonda məskunlaşmağa hazırlaşdığı iddia edilib. Lakin sonra onlar yenidən İsrailə qayıdıblar. Son olaraq onların Yurmalaya gedəcəkləri deyilib.