Rusiyanın Xalq artisti Alla Puqaçovanın nəvəsi, aktyor, müğənni Nikita Presnikov boşanması haqda çıxan xəbərləri təkzib edib.
Axşam.az xəbər verir ki, ifaçı həyat yoldaşı, model Alena Krasnova ilə ayrılmadığını deyib.
Xatırladaq ki, 33 yaşlı Presnyakovla 27 yaşlı Krasnovanın boşanması ilə bağlı ötən gün rus mətbuatında xəbərlər dərc olunub.
Qeyd edək ki, Presnikov 2022-ci ildə ABŞ-yə mühacirət edib. Həmin vaxt xanımı da onunla birgə gedib.