Komediya aktyoru Dmitri Qavrilova qarşı Rusiya ordusunu nüfuzdan saldığına görə inzibati iş açılıb.
Axşam.az xəbər verir ki, iş Nijni Novqorod rayon məhkəməsinə verilib.
Qavrilovla bağlı Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsi sentyabrın 18-də məhkəməyə təqdim edilib. Qavrilovu 30 min rubldan 50 min rubla qədər cərimə gözləyir.
Qeyd edək ki, aktyor sentyabrın 9-da Nijni Novqorodda həbs edilib. Komediya aktyoru nifrət və insan ləyaqətinin alçaldılması maddəsi ilə 13 sutka müddətinə istintaq təcridxanasına salınıb.