“Gizli Dolap” filmində rol alacaq daha iki aktyorun adı açıqlanıb.
Axşam.az xəbər verir ki, ekran işində Furkan Andıç və Yiğit Özşener çəkiləcək. Onlar "Barış" və "Cem obrazlarına həyat verəcəklər.
İkili aktrisa Beren Saatın tərəf müqabili olacaq.
Qeyd edək ki, Furkan son olaraq "Yıldızlar bana uzak", Yiğit isə "Şahane hayatım" serialında rol alıb.

