Aleksandr Maslyakovun məzarı dağıdılıb

Aleksandr Maslyakovun məzarı dağıdılıb
1042 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Əməkdar artisti, teleaparıcı Aleksandr Maslyakovun məzarı dağıdılıb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin teleqram kanalları məlumat yayıb.

TASS-ın hüquq-mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, 2004-cü il təvəllüdlü bir gənc Maslyakovun məzarındakı xaçı qırıb, çiçəkləri dağıdıb və şəkilləri aparıb. Bildirilib ki, sözügedən şəxs saxlanılıb.

Hadisə faktını Rusiya Daxili İşlər Nazirliyinin Moskva idarəsi də təsdiqləyib. Saxlanılan şəxs ərazi polis şöbəsinə aparılıb.

İlkin məlumatlara görə, saxlanılan şəxsin psixoloji problemləri var.

"Mash" yazır ki, saxlanılan şəxs 19 yaşlı Kirill K-dir.

Qeyd edək ki, uzun müddət xərçəngdən əziyyət çəkən Maslyakov sentyabrın 8-də dünyasını dəyişib.