Cəbhə bölgəsindəki atışma zamanı şəhid olan əsgərlərimizin ailəsinə başsağlığı verənlər arasında türkiyəli sənət adamları da yer alıb.
Axşam.az-ın məlumatına görə, müğənni Əmrah "Facebook" səhifəsində bayrağımızın şəklini paylaşaraq "Azərbaycanda həyatını itirən şəhidlərin ruhları şad olsun. Azərbaycan xalqına səbr diləyirəm" sözlərini yazıb.
Mustafa Ceceli isə "Vətən başın sağ olsun. Şəhidlər ölməz, vətən bölünməz" yazılmış şəkli paylaşıb.
Avqustda Bakıya gələcək Demet Akalın da olanlara biganə qalmayıb. O, "Vətən başın sağ olsun. Azərbaycan - qardaş ölkə matəmdədir" deyə yazıb.
İfaçı Mərvə Özbey isə "Şəhidin şəhidimizdir. Allah rəhmət eləsin, Azərbaycan" deyərək başsağlığı verib.
Müğənni İşın Karaca Azərbaycan bayrağının fotosunu paylaşaraq "Hər gün dünyanın bir yeri qanayır xəbəri ilə oyanmaq..." yazıb.
Azərbaycana başsağlığı verənlər arasında modelyer İvana Sərt, aktrisa Mine Tuğay da var.