"ABBA"nın üzvü vəfat etdi

"ABBA"nın üzvü vəfat etdi
702 dəfə oxunub
  • A-
  • A
  • A+

İsveçin əfsanəvi pop-qrupu "ABBA"nın baraban ifaçısı Rocer Palm vəfat edib.

Axşam.az xəbər verir ki, sənətçi 75 yaşında altsheymer xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, Rocer Palm 1970-ci illərdən əfsanəvi qrupda çıxış edib, bundan əvvəl isə "Gimmicks", "Beatmakers" və "Moonlighters" qrupları ilə çalışıb.

O, ABBA-nın "Dancing Queen", "Mamma Mia "və "Take a Chance on Me" kimi hitlərinin səsyazmasında iştirak edib.