Dünyada günəşin ən gözəl batdığı yerlər - Siyahı

Dünyada günəşin ən gözəl batdığı yerlər - Siyahı
1596 dəfə oxunub
  • A-
  • A
  • A+

"Forbes" nəşri dünyanın ən yaxşı gün batımı olan şəhərlərin reytinqini dərc edib.

Axşam.az xəbər verir ki, bununla bağlı "Heepsy" SMM layihəsi araşdırma aparıb.

Reytinqin lideri Paris olub. Siyahının yaradıcıları Fransa paytaxtına 100 ballıq qiymət verib və qeyd ediblər ki, Eyfel qülləsindən, Müqəddəs Ürək Bazilikası və III Aleksandr körpüsündən olan gün batımı mənzərələri gözəldir.

İkinci yerdə isə Dubay qərarlaşıb. Dubay "Creek" limanı gözəl panoramik gün batımı mənzərələrinə sahibdir. Həmçinin "Jumeirah Beach"dən və ya Bürc Xəlifə göydələnlərindən batımı istənilən gün izləmək mümkündür.

Siyahıda üçüncü yerdə Santa Monika və Qriffit Rəsədxanası ilə Los-Anceles olub.

Barselonanın Güell parkı və Barseloneta çimərliyi dördüncü yeri tutub. Beşinci yerdə isə San-Fransisko qərarlaşıb.

Ən yaxşı yerlər sırasında Kann, Madrid, İstanbul və Honolulu kimi şəhərlər də var.