"Özümə layiq ər tapa bilmirəm" deyərək özünə toy edən türkiyəli tiktoker Kübra Aykut intihar edib.
Axşam.az xəbər verir ki, o, Sultanbeylidəki evinin 5-ci mərtəbəsindən özünü ataraq intihar edib. Onun ölümündən əvvəl məktub yazdığı bildirilib.
Hadisə yerinə hüquq-mühafizə əməkdaşları cəlb olunub, hadisə ilə bağlı araşdırma aparılır.