Olimpiadada diqqət mərkəzində idi, filmə çəkilir

Olimpiadada diqqət mərkəzində idi, filmə çəkilir
608 dəfə oxunub
  • A-
  • A
  • A+

Paris Olimpiadasının ulduzu, atıcılıq yarışı zamanı fərqli obrazı ilə yadda qalan Cənubi Koreyalı idmançı Kim Yo Ji filmə çəkiləcək.

Axşam.az xəbər verir ki, o, Cənubi Koreyanın "Crush" adlı mini serialında sui-qəsdçi rolunu oynayacaq. 

Qeyd edək ki, olimpiadada pnevmatik tapançadan atıcılıq yarışına qatılan Kim rahatlığı və sakitliyi ilə diqqət çəkib.

X sosial şəbəkəsinin sahibi İlon Mask onunla bağlı paylaşımında "Onu döyüş filmində çəkmək lazımdır" deyə, yazmışdı.

Kimin duruşu Paris-2024 Yay Olimpiya Oyunlarında mükafat qazanan türkiyəli atıcı Yusuf Dikeçin məşhur pozu ilə oxşarlığıyla da maraq doğurub.