Rusiyanın Xalq artisti Alla Puqaçovanın qızı, Əməkdar artist Kristina Orbakayte Dubayda keçirilən korporativ tədbirdə Abraham Russo ilə duet oxumaqdan imtina edib.
Axşam.az xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, ikili tədbirdə “Просто любить тебя” və “Любовь, которой больше нет” mahnılarını ifa etməli idilər. Lakin Orbakayte mahnıları Russo ilə oxumaqdan qəti şəkildə imtina edib və tək çıxış edib.
Məlumata görə, Orbakaytenin korporativ tədbir üçün qonorarı 50 min avro (95 min 176 manat), Russonunku isə 20 min dollar (34 min 023 manat) təşkil edib.
Qeyd edək ki, Kristina ailəsi ilə birlikdə uzun müddətdir Amerikada yaşayır. Orbakayte Rusiyanın Ukraynaya qarşı hərbi hücumlarını pisləyənlər arasında yer alıb.