Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.
Axşam.az xəbər verir ki, artıq dördüncü ildir sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
Sənət adamları da Anım Günü ilə bağlı paylaşım edərək, şəhidlərə rəhmət, qazilərə can sağlığı diləyiblər.
