Ölümündən 1 il ötdü - Fotolar

Ölümündən 1 il ötdü - Fotolar
2372 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün mərhum millət vəkili Qənirə Paşayevanın vəfatından bir il ötür. 

Axşam.az xəbər verir ki, yaxınları, incəsənət və dövlət nümayəndələri onun məzarını ziyarət ediblər. 

Q.Paşayeva 1975-ci ildə Tovuz rayonunun Duz Qırıqlı kəndində dünyaya gələn Q.Paşayeva Tibb Universitetinin pediatriya fakültəsini bitirib.

Hələ tələbə ikən, 1998-ci ildən jurnalistika fəaliyyətinə başlayıb. O dövrün məşhur media orqanı olan ANS televiziyasında reportyor kimi çalışıb, sonradan baş redaktor vəzifəsinə qədər yüksəlib.

İctimai fəaliyyətlə də məşğul olan Qənirə Paşayeva III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub. Parlamentin Mədəniyyət komitəsinin sədri kimi Türk dünyası ölkələri ilə mədəni əlaqələrin qurulmasında fəal iştirak edib. Qarabağ həqiqətlərinin dünyaya tanıdılmasında onun müstəsna rolu olub.

Q. Paşayeva, həmçinin 10-dan artıq elmi və publisistik kitabın, yüzlərlə məqalənin, Azərbaycan Xalq Cümhuriyyəti, ermənilərin törətdiyi soyqırımılar, Qarabağ və digər mövzularda çəkilmiş filmlərin, eyni zamanda bir çox bəstənin müəllifidir.

Ötən il səhhətində yaranan problemlə əlaqədar Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Sentyabrın 28-i 48 yaşında vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.

Foto: İlqam Cəbiyev