Əməkdar artist Elza Seyidcahan sosial şəbəkələrdə sənət adamları ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib. Axşam.az-ın məlumatına görə, buna görə əsəbləşən müğənni “Sənətçilərin övladları əsgər getmir. Onlar nə bilir, şəhid nədir, pul verib hərbi xidmətdən saxlayırlar” sözlərinə şərh yazıb:
“Müğənnilərin uşaqları da əsgərliyə gedir. Hətta özləri də əsgərlərlə birlikdə səngərlərdə olurlar. Bunu mətbuatdan, efirdən görürsünüz. Qaldı ki, ölümə... Hamımız öləcəyik. Baxır necə... Əsas odur ki, tanrıdan özümüz üçün şərəfli ölüm arzulayaq. Hansı varlıdan danışırsınız? Allahdan böyük varlı yoxdur. Artıq neçə ildir ki, oğlumla, qızımla müharibə bölgələrindəyik. Birlikdə cəbhələrdə olmuşuq - N saylı hərbi hissələrdə... Siz bunları bilməlisiniz. Alnımıza nə yazılıbsa, ondan keçə bilmərik”.