Məşhurlardan Azərbaycana başsağlığı - fotolar

Məşhurlardan Azərbaycana başsağlığı -  fotolar
5374 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyə sənət aləminin tanınmış simaları cəbhədə həlak olan şəhidlərimizlə bağlı başsağlığı veriblər.

Axşam.az-ın məlumatına görə, azərbaycanlı iş adamı Reza Zərrabın həyat yoldaşı, müğənni Ebru Gündeş qara lent şəkli paylaşaraq bunları qeyd edib:

“Azərbaycanda şəhid var. Başımız sağ olsun. Məkanları cənnət olsun”.

Bir neçə dəfə paytaxtımızın qonağı olan ifaçı Özcan Dəniz də bu hadisələrə biganə qalmayıb. O, Azərbaycan və Türkiyə bayrağının şəklini paylaşaraq “Yanınızdayıq” sözünü yazıb.

Müğənni Soner Sarıkabadayı “Vətən, başın sağ olsun” şərhini paylaşıb.

İfaçı Rafet El Roman “Facebook” səhifəsində şəhid ailələrinə başsağlığı verib:

“Azərbaycanda şəhid olan bütün əsgərlərə Allahdan rəhmət, ailələrinə sağlamlıq, səbr və başsağlığı diləyirəm.  Tezliklə silahların susmasını, barışıq və sülh olmasını arzulayıram”.

Müğənni Alişan isə Azərbaycan bayrağının fotosunu paylaşaraq “Dərdiniz bizim də dərdimizdir. Azərbaycanımızın başı sağ olsun” şərhini yazıb.