Türkiyə sənət aləminin tanınmış simaları şəhid olan əsgərlərimizdən yazmağa davam edirlər. Axşam.az-ın məlumatına görə, onlar sosial şəbəkədə Azərbaycana başsağlığı veriblər.
Müğənni Murad Dalkılıç “Facebook” səhifəsində “Azərbaycandakı dost və qardaşlarımız, başınız sağ olsun. Şəhidiniz şəhidimiz, kədəriniz kədərimizdir” sözlərini yazıb.
Müğənni İntizar üzərində “Şəhidin şəhidimizdir. Allah rəhmət eləsin, Azərbaycan” sözləri olan fotonu paylaşaraq “Allah səbr versin. Başımız sağ olsun” deyə bildirib.
Müğənni Ebru Polad isə “Azərbaycanlı qardaşlarımızın başı sağ olsun. Şəhid əsgərlərimizə Allahdan rəhmət, ailələrinə isə səbr diləyirik” yazıb.
Növbəti başsağlığı isə müğənni Selami Şahindən gəlib: “Qəminiz qəmimizdir. Başın sağ olsun, Azərbaycan”.