Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva özünü aparıcı kimi sınayıb.
Axşam.az-ın məlumatına görə, o, “Kanal Türk”də yayımlanan “Həyatın rəngi” verilişində aparıcılıq edib. Hər həftə bir məşhurun apardığı maqazin proqramında G.Musayeva cazibədar, qırmızı libası ilə kamera qarşısına keçib. Günayın çəkiliş zamanı lentə alınan fotoları təqdim edirik.
Qeyd edək ki, G.Musayeva türkiyəli aktyor Tolqa Karellə ailə qurub. Cütlüyün Cahangir adlı oğlu var.