Rusiyalı aparıcı Anfisa Çexova yay istirahətini həyat yoldaşı Qurama Bablişvilinin vətəni Gürcüstanda keçirir.
Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, fotolarını sosial şəbəkədə paylaşan Anfisa gürcü qızlarından yazıb:
“Gürcüstanda dolu bədənli qızlara qarşı xüsusi münasibət var. Küçə ilə gedərkən kişilər sənə ağzıaçıq baxırlar. Hər bir gürcünün kök xanımı olsa da, onlar arıq qızları xoşladıqlarını deyirlər. Burada yeməyi çox sevirlər və özlərini heç bir daddan məhrum etmirlər. Pəhrizi ancaq bir dəfə masaya oturanadək saxlayırlar. Qafqaz kişiləri dolubədənli qızları seçirlər”.
A.Çexova araxçınla çəkdirdiyi şəklini sosial şəbəkədə paylaşıb.