Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa İrəm Helvacıoğlu ötən gün Ural Kasparla ailə qurub.
Axşam.az-ın məlumatına görə, evlilik təklifini aktrisa özü sevgilisinə edib.
"Ənənəvi bir evlilik təklifi deyildi. Qarşılıqlı danışdıq və ən sonda evlənməyə qərar verdik. Etiraf edirəm ki, evlilik təklifini mən etmişəm" deyə, aktrisa vurğulayıb.
Qeyd edək ki, İremlə Ural bu ay nikah masasına əyləşib. Aktrisa son olaraq ötən gün final edən "Kara dut" serialında rol alıb.