Çində yaşayan balaca qız görənləri təəccübləndirib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Zhao Hinrui adlı 6 yaşlı qızın bədənində, əsasən də bel nayihəsində pişik tükləri çıxır.
Qızında hələ 5 yaşı olarkən başlayan tüklənməni görən ana onu tərk edib. Bədəninin bir hissəsi qara tüklərlə örtülən Zhao həkim müayinəsindən keçib.
Tibb işçiləri balaca qızın xəstəliyi ilə bağlı heç bir açıqlama verməyiblər. Atası və müəllimləri Hinrui ilə vaxt keçirir, insanların onunla pis davranmasına şərait yaratmırlar. Ailəsi qızın xəstəliyi ilə bağlı həkimlərdən cavab gözləyir.