Diddiyə qarşı iddialar hər gün artır

Diddiyə qarşı iddialar hər gün artır
322 dəfə oxunub
  • A-
  • A
  • A+

Cinsi təcavüz və insan alverində ittiham olunduğu üçün həbs edilən "Pi Diddi" ləqəbi ilə tanınan məşhur reper Şon Con Kombsa qarşı daha 2 iddia səsləndirilib.

Axşam.az xəbər verir ki, adları açıqlanmayan iddiaçılar Diddinin yetkinlik yaşına çatmayanda onlara narkotik maddə verərək cinsi istismar etdiyini bildiriblər.

İddiaçılardan biri bildirib ki, o, uşaqlıqdan musiqiçi olmaq arzusunda imiş. Reper Kaliforniyadan Nyu-Yorka səfəri zamanı tanış olub. Həmin vaxt 10 yaşı olan uşağın valideynləri reperlə görüş təşkil ediblər. Diddi valideynləri ilə danışmazdan əvvəl uşaqla tək görüşməyi xahiş edib və onu prodüserin hotel otağına aparıblar.

Orada Diddi iddiaçının sözlərinə görə, ona kola verib və bundan sonra o, özünü pis hiss edib. İddiada həmin içkinin tərkibində narkotik maddələrin ola biləcəyi əks olunub. İddiaya görə, içki içdikdən sonra reper oğlana cinsi təcavüz edib və bu barədə valideynlərinə deməməli olduğunu söyləyib.

İddia ərizəsində qeyd olunub ki, zərərçəkmiş şəxs uzun illər ərzində ağır depressiyadan əziyyət çəkib.

İkinci iddiada əks olunub ki, Diddi 2008-ci ildə 17 yaşında olarkən ona təcavüz edib. Yeniyetmə P.Diddinin 2000-ci ildən MTV-də yayımlanan məşhur “Making the Band” realiti-şousunun dinləmələrində iştirak edib. Bildirilib ki, reper üç günlük dinləmə boyunca yeniyetməni təqib və təcavüz edib.

Xatırladaq ki, 2023-cü ilin noyabrında reperin keçmiş sevgilisi Kessi P.Didi illərlə cinsi və fiziki zorakılıqda ittiham etsə də, 24 saatdan sonra o, iddiasını geri götürmüşdü. Daha sonra internetdə onun döyülməsinin amansız görüntüləri yayılıb. Martın sonunda sənətçinin evində genişmiqyaslı axtarışlar aparılıb, nəticədə qadağan olunmuş maddələr, silahlar və mindən çox butulka sürtkü materialı aşkar edilib. İddialara görə, prodüser onlardan başqa şeylərlə yanaşı, seks məclislərində də istifadə edib. İndi o, Nyu-Yorkun ən pis həbsxanalarından birində saxlanılır. 

Son illərin ən səs-küylü işlərindən biri üzrə məhkəmə prosesi 2025-ci il mayın 5-nə təyin edilib.