Amerikalı aktyor Çenninq Tatum sevgilisi aktrisa Zoe Kravitzlə ayrılıb.
Axşam.az xəbər verir ki, onlar nişanı atıblar. Son zamanlar obyektivlərə tuş gələn Zoenin barmağında üzüyün olmaması şayiələri doğruldub.
Qeyd edək ki, cütlük 2021-ci ildən münasibətdədirlər.
Çenninq daha əvvəl Cenna Duanla evli olub. Onların Everli adlı bir qızı var. İkili 2018-ci ildə ayrılsalar da rəsmi boşanmaları bu il baş tutub.