TikTok-un qurucusu Çinin ən varlı adamı oldu

TikTok-un qurucusu Çinin ən varlı adamı oldu
428 dəfə oxunub
  • A-
  • A
  • A+

TikTok-un qurucusu Zhang Yiminq Çinin ən varlı adamı seçilib.

Axşam.az xəbər verir ki, o, Hurun Araşdırma İnstitutunun dərc etdiyi "Çinin zənginləri siyahısı"nda birinci olub.

Yiminqin 49,3 milyard dollarlıq sərvəti olduğu bildirilib. Onun şəxsi sərvəti son bir ildə 43 faiz artıb.

Siyahıda yer alanların ümumi sərvəti 3 trilyon dollar təşkil edir. Lakin bu sərvətlərin miqdarı ötən ilkilərlə müqayisədə 10 faiz azdır.

Qeyd edək ki, Yiminqin adı 26 il ərzində "Hurun"un siyahısında birinci yer tutan 18-ci addır.