Amerikalı aktrisa Teri Qarr vəfat edib.
Axşam.az xəbər verir ki, aktrisa 79 yaşında dağınıq skleroz xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, Qarr “Tutsi", "Dostlar", “Gənc Frankenşteyn” adlı ekran işlərindəki rolları ilə məşhurlaşıb.
1982-ci ildə Qarr "Tutsi" filmindəki roluna görə “Ən yaxşı ikinci plan qadın rolu” nominasiyasında "Oskar" mükafatına namizəd olub.
1999-cu ildə aktrisaya dağınıq skleroz diaqnozu qoyulub. Üç il ərzində o, işini itirmək qorxusundan xəstəliyi barədə danışmayıb. Aktrisa 250-yə yaxın ekran işində yer alıb.