"Şerlok Holms"un səhhəti pisləşib, ayağı iflic olub

"Şerlok Holms"un səhhəti pisləşib, ayağı iflic olub
217 dəfə oxunub
  • A-
  • A
  • A+

"Şerlok Holms və Doktor Uotsonun sərgüzəştləri” serialında "Şerlok Holms" obrazı ilə tanınan aktyor və rejissor Vasili Livanovun səhhəti pisləşib.

Axşam.az xəbər verir ki, aktyor ayaqlarındakı şiddətli ağrılar səbəbindən həkimə şikayət edib. Livanovun ayağından biri iflic olub. Buna görə o, hazırda yalnız gəzinti aparatının köməyi ilə hərəkət edə bilər.

Bundan başqa, Livanovun nitqində də problemlər yaranıb - aktyor sözləri tələffüz etməkdə çətinlik çəkir. Aktyora loqoterapiya kursu keçmək və daha çox dincəlmək tövsiyə olunub.

Qeyd edək ki, Livanov bir müddət əvvəl infarkt keçirib. O, bu ilin aprelində də xəstəxanaya yerləşdirilmişdi.

O, Vladimir Bortkonun “Ustad və Marqarita” serialındakı "Doktor Stravinski" rolu ilə də tanınır. Aktyor məşhur sovet cizgi seriallarında "Timsah Gena" və "Karlson"u səsləndirib.

"Şerlok Holms və Doktor Uotsonun sərgüzəştləri” serialını Rusiyanın Xalq artisti, Artur Konan Doylun əsərləri əsasında rejissor İqor Maslennikov lentə alıb.