Diddi CeyLo ilə mübahisə etdiyi üçün 13 yaşlı qıza təcavüz edib?

Diddi CeyLo ilə mübahisə etdiyi üçün 13 yaşlı qıza təcavüz edib?
645 dəfə oxunub
  • A-
  • A
  • A+

Cinsi təcavüz və insan alverində ittiham olunduğu üçün həbs edilən "Pi Diddi" ləqəbi ilə tanınan məşhur reper Şon Con Kombs haqqında ittihamlar gün keçdikcə artır.

Axşam.az xəbər verir ki, reper haqqındakı növbəti iddialardan biri isə onun Nyu-Yorkda 2000-ci ildə baş tutan “MTV VMA” mükafatlanma tədbirindən sonra keçirilən partidə 13 yaşlı qıza iki məşhurun gözü qarşısında təcavüz etməsi ilə bağlıdır.

Bildirilib ki, Diddi il' 1999-2001-ci illərdə sevgili olan məşhur müğənni Cennifer Lopezlə həmin məclisdə mübahisə edib. Diddinin hadisənin ardından 13 yaşlı qıza narkotik verərək iki məşhurun ​​yanında onu təcavüz etdiyi deyilib. Həmin məşhurların kimliyi isə açıqlanmayıb.

Qeyd edək ki, 2023-cü ilin noyabrında reperin keçmiş sevgilisi Kessi P.Didi illərlə cinsi və fiziki zorakılıqda ittiham etsə də, 24 saatdan sonra o, iddiasını geri götürmüşdü. Daha sonra internetdə onun döyülməsinin amansız görüntüləri yayılıb. Martın sonunda sənətçinin evində genişmiqyaslı axtarışlar aparılıb, nəticədə qadağan olunmuş maddələr, silahlar və mindən çox butulka sürtkü materialı aşkar edilib. İddialara görə, prodüser onlardan başqa şeylərlə yanaşı, seks məclislərində də istifadə edib. İndi o, Nyu-Yorkun ən pis həbsxanalarından birində saxlanılır. 

Son illərin ən səs-küylü işlərindən biri üzrə məhkəmə prosesi 2025-ci il mayın 5-nə təyin edilib.