Türkiyəli aktyorlar şəhid olan əsgərlərimizin ailələrinə başsağlığı veriblər. Axşam.az-ın məlumatına görə, Buğra Gülsoy “Facebook” səhifəsində Azərbaycan və Türkiyə bayrağını paylaşaraq bunları vurğulayıb:
“Bir millət iki dövlət – başın sağ olsun, Azərbaycan. Ermənilərin hücumu zamanı şəhid olan 8 azərbaycanlı əsgərimizə Allahdan rəhmət diləyirəm. Azərbaycana - qardaş ölkəyə başsağlığı verirəm”.
Digər başsağlığı isə aktyor Kadir Doğuludan gəlib. O, Azərbaycan bayrağının fotosunun yanına “Azərbaycanlı qardaşlarımızın başı sağ olsun” sözlərini yazıb.
Aktrisa Ece Uslu öz səhifəsində üzərində “İki canda bir ürəyik, İki gözdə bir bəbəyik, Bir-birimizə çox lazımıq, Qəbul edib bunu hər an, Türkiyə-Azərbaycan” yazılmış şəkil qoyaraq “Azərbaycanlı qardaşlarımızın başı sağ olsun” sözlərini əlavə edib.
Aktrisa Duyqu Çətinqaya üzərində “Dualarımız sizinlədir, Azərbaycan” yazılmış foto paylaşıb.