Çeşmədə istirahət etməyi sevən Murad Boz keçmiş sevgilisi Eliz Sakuçoğlu ilə qarşılaşmamaq üçün Bodrum-Çeşmə arasında qalsa da, ötən gecə Alaçatıda üz-üzə gəliblər.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kameraların gözündən yayınmayan cütlük bir-birinin üzünə baxmayıb.
Sürətli addımlarla Murad Bozun yanından keçən Eliz onun haqqında danışmaq istəmədiyini deyib. Sakuçoğlu “Murad Bozla salamlaşıb görüşdünüzmü?” sualına isə cavab vermədən oranı tərk edib.