Amerikanın futbol klubu “Dallas Couboys”un rəhbəri, milyarder, iş adamı Cerri Consun iki qadınla səmimi fotoları ortaya çıxıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, sərvəti 2,7 milyard dollar olan 71 yaşlı Cerrini uzun müddətdir bu şəkillərlə şantaj edirlərmiş. Mediada fotoları yayan şəxs 50 ildir evli olan iş adamını başqa bir insanın şantaj etdiyini deyib.
Adı bilinməyən həmin adam şəkilləri “Gerçəyin ortaya çıxması” başlığı ilə internetdə yayıb.
Üç övladı, doqquz nəvəsi olan C.Cons hadisə ilə bağlı heç bir açıqlama verməyib.