Fransa prezidentinin evlənəcəyi xanım başqa biri ilə tətildə - fotolar

Fransa prezidentinin evlənəcəyi xanım başqa biri ilə  tətildə - fotolar
2243 dəfə oxunub
  • A-
  • A
  • A+
Fransa prezidenti Fransua Ollandın aktrisa Jüli Qayla münasibətləri sona çatıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Jülinin yeni sevgilisi, vəkil Pyer Puybassetlə tətilə çıxması sübut edir. Korsika adasında görüntülənən cütlük istirahətdən sonra Parisə qayıdıb.

Həmin vaxt isə F.Olland Versaldakı prezident iqamətgahında dincəlirmiş.

Xatırladaq ki, bu ilin əvvəlində Fransua Ollandın Jüli Qayla münasibətləri ortaya çıxdıqdan sonra vətəndaş nikahında olduğu keçmiş xanımı, telejurnalist Valeri Trierveller Yelisey sarayını tərk etmişdi.
 
F.Ollandla J.Qayın avqustun 12-də - prezidentin 60 illik yubileyi günündə evlənəcəkləri deyilirdi və bu, prezidentin ilk rəsmi nikahı olacaqdı.