Dünyanın ən varlı 5-ci adamı hesab edilən hindistanlı milyarder Lakşmi Mittal həyat yoldaşı və uşaqları ilə birlikdə Aralıq dənizində 3 həftəlik tətilə çıxıb.
Axşam.az Türkiyə mətbuatına isitnadən xəbər verir ki, 200 milyon dollarlıq “Amevi” adlı yaxtası ilə dəniz səyahətinə çıxan milyarder övladları – Şahid Kapur, Stil və Aditya ilə oyunlar oynayaraq, kitab oxuyub.
28 milyard dollarlıq sərvətə sahib olan 64 yaşlı L.Mittal səhər yeməyindən sonra xanımı Uşa ilə birlikdə təbiət mənzərəsini seyr edib.
O, 80 metr uzunluğu olan ingilis bayraqlı yaxtası ilə bu səhər Mikena adasından Bodruma, oradan isə Rodosa yollanıb.