Əməkdar artist Abbas Bağırov formada qalmasının sirrini bölüşüb.
Axşam.az xəbər verir ki, idmanla 51 kiloqram arıqlayan sənətçi bu barədə "Xəzər axşamı" verilişində danışıb:
"Artıq çəkilərimi ataraq istədiyim formaya çatmışam. Lakin bunu qorumaq lazımdır. Mən hər şeyi yeyirəm. Sadəcə şəkər tozu olan qidalar, içkilər, unlu məmulatlar və qızarmış yeməklərdən uzağam. Həkimlər də hər zaman deyir ki, 3 şeyi gündəlik rutininə əlavə etməlisən. Bunlar sağlam qidalanma, yuxu və fiziki hərəkətdir. Mən tədbir olamayanda axşam saat 10-da yatıram və səhər 7 də oyanıram".