“Çocuklar duymasın” serialından Məltəm rolu ilə tanıdığımız türkiyəli aktrisa Pınar Altuğ Bodrumda dincələrkən çəkilmiş fotolarının internetdə yayılmasından bərk əsəbləşib.
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, aktrisa həmin şəkillərinin paylaşılmasının düzgün olmadığını deyib:
“Ora mənim evimdən də məhrəmdir. Çünki gəmidəyəm və çimərlik paltarı geyinmişəm. İnternetdə 81 pozada fotolarımı veriblər. Bu nədir axı?!”