Rasim Balayevin ad günüdür – fotolar

Rasim Balayevin ad günüdür – fotolar
1223 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün xalq artisti Rasim Balayevin 66 yaşı tamam olur.
 
Axşam.az-ın məlumatına görə, aktyor 1948-ci ildə Ağsu rayonunda dünyaya gəlib. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirərərək Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rola çəkilib.

Daha sonra o, “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki obrazları ilə tamaşaçıların sevgisini qazanıb. 1990-2013-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub, Azərbaycan Dövlət Mükafatı laureatıdır. Bir sıra orden və medallarla təltif edilib.