Müğənni Günay İbrahimli yenidən Avropa səyahətinə çıxıb.
Axşam.az-ın məlumatına görə, bir neçə şəhəri gəzəcək sənətçi hazırda Sloveniyadadır. Günay gəzintidən olan fotolarını İnstaqram səhifəsində yerləşdirib. O, tətil edərək yorğunluğunu atacağını, enerji ilə qayıdıb, yeniliklərini təqdim edəcəyini bildirib.
Qeyd edək ki, müğənni iyulda da Avropa səyahətinə çıxmış, İstanbul, Budapeşt, Vyana və bir çox şəhərləri gəzmişdi.