Xalq artisti Amaliya Pənahova bu yay istirahət edə bilməməsindən şikayətlənib. Axşam.az-ın məlumatına görə, aktrisa bunun səbəbini yeni ekran işinə çəkilməsi ilə əlaqələndirib:
“Yeni bir film çəkilir. Mən də orada rol almışam. Buna görə də, yay girəndən dincəlməmişəm”.
A.Pənahova bir çox seriala dəvət olunsa da, hələ ki heç birinə razılıq vermədiyini deyib:
“Hazırda çəkilən seriallarımıza dəvət edilirəm. İndiyədək heç biri ilə razılaşmamışam. Başım film çəkilişinə qarışıb”.
Foto: Rəşad ABBASOV