“Persona Qrata” Bakıda konsert verəcək

“Persona Qrata” Bakıda konsert verəcək
986 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukraynanın tanınmış rok qrupu “Persona Qrata” yenidən Bakıda konsert verəcək.

Axşam.az-ın məlumatına görə, rus, gürcü və ukraynalılardan ibarət olan, Avropada da kifayət qədər tanınan qrup avqustun 22-də canlı konsertə hazırlaşır.

Aqil Məmiyevin təşkilatçılığı ilə baş tutacaq gecə “The Public”də keçiriləcək. Qrup üzvləri mahnılarını canli ifa edəcəklər.

Xatırladaq ki, "Persona Qrata" ötən ilin sentyabrında klip çəkilişləri üçün paytaxtın qonağı olmuşdu.

Məlumatı bu nömrədən əldə edə bilərsiniz: (055) 265 55 61