Eltonun şikayətindən sonra nazirlik bunu etdi - Fotolar

Eltonun şikayətindən sonra nazirlik bunu etdi - Fotolar
1419 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elton Hüseynəliyev bir müddət əvvəl konsert afişasının şəhərin mərkəzində yerləşdirildiyi yerdən şikayət etmişdi. 

Axşam.az xəbər verir ki, ifaçı konsert anonsunun aşağıdan vurulub, Yulduz Usmanovanınkının isə yuxarıdan yerləşdirilməsinə etiraz edib. 

Bununla bağlı Mədəniyyət Nazirliyinə müraciət edən Elton "Mədəniyyət Nazirliyindən xahiş edirəm ki, icazə versinlər afişam bir az yuxarı asılsın. Hər halda Usmanovadan geri qalan ifaçı deyiləm. Bəlkə bir də konsert vermədim" sözlərini deyib. 

Bundan sonra müğəninin konsert afişası daha böyük formada və yuxarı hissədən yerləşdirilib. 

Axşam.az həmin görüntüləri lentə alıb:

Qeyd edək ki, Eltonun "Nəğməli dünyam" adlı solo konserti dekbarın 20-də Heydər Əliyev Sarayında keçiriləcək.