“Vanity Fair” jurnalı 2014-cü ilin ən dəbli məşhurlarının siyahısını tərtib edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ən dəbli xanımlar içərisində aktrisalar Keyt Blanşett, Lüpita Nionqo, Mişel Dokeri, Emmi Rossum, Emma Uotson yer alıb.
Kişilər arasında isə aktyorlar Benedikt Kamberbetç, İdris Elba, Nil Patrik Harris, rəssam Ceff Kuns, musiqiçi Farrell Uilyams ən dəblilər siyahısında qərarlaşıb.