Xəbər verdiyimiz kimi, meyxanaçı Xəyyam Əhmədli ötən gecə vəfat edib.
Axşam.az-ın məlumatına görə, meyxanaçılar onunla vidalaşmaq üçün evinə yığışıblar. Xəyyamın nəşi dəfn olunmaq üçün evindən götürülərək Əhmədli kənd qəbiristanlığına aparılıb.
Qeyd edək ki, Xəyyam uzun sürən xəstəlikdən sonra ötən gecə dünyasını dəyişib.
***
Meyxanaçı Xəyyam Əhmədli Əhmədli kənd qəbiristanlığında torpağa tapşırılıb. Onu son mənzilə yola salanlar arasında meyxanaçılar Namiq Qaraçuxurlu, Ağamirzə, Oktay Kamil, Orxan Lökbatanlı, müğənnilər Tunar Rəhmanoğlu, Aqşin fateh, aparıcı Hacı Nuran Hüseynov yer alıblar.
Video: Orxan Şərəfxanov
Foto: İlqam Cəbiyev