"Yabani" izləyicilərinə pis xəbər

"Yabani" izləyicilərinə pis xəbər
1487 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) bir neçə serial və kanalı cəzalandırıb.

Axşam.az-ın məlumatına görə, qurum "Yabani" serialı ilə bağlı qərarı NOW TV-yə təqdim edib. Qərara əsasən ekran işi 2 həftə yayımlanmayacaq. Serialın əvəzinə sənədli film təqdim olunacaq.

Qeyd edək ki, şura həmçinin şiddət səhnələrinə görə “Sahipsizler”in yayımlandığı STAR TV-yə və “Deha” üçün Show TV-yə 2 dəfə proqram dayandırma və pul cəzası verib.