Türkiyənin rok ifaçısı Teoman iki illik həyat yoldaşı, fotoqraf Ayşə Qayadan boşanma ərəfəsində ikən, bir qadınla kafedə görüntülənib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kameralara tuş gələn cütlük müxbirlərin suallarını cavablandırmayıb. Həmin gün axşam isə başqa bir xanımla barda görüntülənən Teoman çöldə jurnalistlərin olduğunu eşidincə, səhərədək getdiyi məkanda qalıb. Sonda isə barı arxa qapıdan çıxaraq tərk edib.
Bu arada, müğənninin gitaristi Murad Bazar müxbirlərə sərt reaksiya göstərib.