Əməkdar artist Elza Seyidcahan yeni mövsümə hazırlaşır.
Axşam.az-ın məlumatına görə, müğənni həmkarları ilə duetlər oxuyacaq. E.Seyidcahan onlardan birinin meyxanaçı Namiq Qaraçuxurlu olacağını deyb:
"Yeni mahnılar bəstələmişəm. Onlardan bir neçəsini sənət dostlarımla duet şəklində ifa edəcəm. Namiq Qaraçuxurlu ilə "Əcəb eylərəm" adlı mahnı oxuyacağıq. Musiqisi mənə, sözləri Baba Pünhana aiddir. İkinci duetimiz isə Nadir Qafarzadə ilə olacaq. Günay İbrahimli ilə "Paralandım" adlı layihəmiz yaxın günlərdə hazır olacaq. Sentyabrda xarici ölkələrə qastrol səfərlərim gözlənilir. "Təyyarə" layihəmi reallaşdıracam".
Hər zaman qeyri-adi saç düzümləri edən E.Seyidcahan yeni imicindən də danışıb:
"Bir ara efirə sadə saç düzümü ilə çıxdım. Sevənlərim etiraz etdi ki, biz sizi qeyri-adi imicdə görməyə öyrəşmişik. Mən də "Azərbaycanın səsi"ndə maraqlı saç düzümü etdirdim. Bundan sonra da fərqli imicim olacaq".