“İTV”-nin aparıcısı Kamran Quliyev Gürcüstandan - yay istirahətindən qayıdıb.
Axşam.az-ın məlumatına görə, aparıcı Tiflis və Borjomidə dincəlib. İstirahət təəssüratlarını bizimlə bölüşən Kamran fotosessiya etdirdiyini də bildirib:
"Çox uzağa getmək istəmədim. Tiflisdə və Borjomidə dincəldim. Bol enerji yığdım. İstirahət zamanı Norveçdə yaşayan bir fotoqrafla görüşdüm. Əslən azərbaycanlıdır. Onunla maraqlı çəkilişimiz oldu. Yaxın günlərdə şəkilləri təqdim edəcəm. Səfər zamanı ancaq selfi çəkdim. İndi isə Azərbaycanda istirahətimi davam etdirirəm".
Qeyd edək ki, K.Quliyev "Yeni sədalar" verilişinin aparıcısıdır.