Yaralı hərbçilər müalicə üçün Türkiyəyə aparılıb - fotolar

Yaralı hərbçilər müalicə üçün Türkiyəyə aparılıb - fotolar
2336 dəfə oxunub
  • A-
  • A
  • A+

Son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlərdən 3-ü müalicə üçün Türkiyəyə aparılıb.

TRT-nın Bakı Nümayəndəliyindən Axşam.az-a verilən məlumata görə, yaralı əsgərlər bu gün saat 14.40-da Türkiyəyə yola salınıb.

Əsgərlərin müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) üzərinə götürüb.