Müğənni İradə İbrahimovanın həyat yoldaşı Ceyhun İzərin ad günüdür.
Axşam.az-ın məlumatına görə, sənətçi həyat yoldaşını İnstaqramda təbrik edib. İfaçı qızı və C.İzərin fotolarını paylaşaraq, bunları yazıb:
"İnsan həyatda hər şeyə sahib ola bilər, amma yarım dediyi bir həyat yoldaşı yoxdursa mənasızdır. Xoşbəxtlik bir anlıqdır, keçib gedə, Allah sağlamlıqla sınağa çəkə, pul qurtara, birdən yağış yağa, hər şey ola bilər. Ömür-gün yoldaşın yanındadırsa, kürəyi kürəyindədirsə, dünya belə dayanar. Sən mənim şansımsan, bəxtimsən, qismətimsən, seçdiyimsən, sevdiyimsən, mənim hər dünyada həyat yoldaşımsan. Allah hər kəsə sənin kimi həyat yoldaşı nəsib etsin. Nə yaxşı ki, doğulmusan, səni tapmışam. Ad günün mübarək".