Türkiyəli aktyor Murat Yıldırım Gürcüstanda uşaqlar üçün təşkil edilən bir tədbirə qatılıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor orada gürcü qadınlarının böyük diqqəti ilə qarşılaşıb.
Pərəstişkarları ilə bol-bol şəkil çəkdirən Murat qadınlarla səmimi şəkildə görüntülənib. Altı illik həyat yoldaşı Burçin Terzioğludan ötən ay boşanan aktyor bu diqqətdən sevinc hissi duyduğunu söyləyib